Sərhəddə gərginlik: Tokayev göstəriş verdi

09:48 - 26 Avqust 2023 - GÜNDƏM

 Sərhəddə gərginlik: Tokayev göstəriş verdi

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Nazirlər Kabinetinə Qazaxıstan-Qırğızıstan sərhədindəki keçid məntəqələrində yaranmış vəziyyəti həll etməyi tapşırıb.

BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısı hökumətə Qazaxıstan-Qırğızıstan sərhədində yaranmış vəziyyəti ölkələrimiz arasında tərəfdaşlıq və qardaşlıq münasibətləri ruhunda həll etməyi tapşırıb”, - məlumatda deyilir.

Qeyd edək ki, Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyi avqustun 24-də Qazaxıstanın Avrasiya İqtisadi İttifaqı çərçivəsində malların hərəkət azadlığını məhdudlaşdırdığını açıqlayıb. Nazirlikdən verilən məlumata görə, sərhəddə Qazaxıstan tərəfindən nəzarət-yoxlama tədbirləri gücləndirilib və bu, yük maşınlarının sərhəddən keçməsini ləngidib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol