Fransa Erməni Təşkilatları İttifaqının (CCAF) xahişi ilə Paris meri Fransanın regional icmalarını Qarabağa “humanitar karvan” təşkil etməyə çağırmaq təşəbbüsü ilə çıxış edib.
BUTA.TV xəbər verir ki, bu barədə Fransadakı Erməni Təşkilatları İttifaqının həmsədri Murad Papazyan Feysbuk səhifəsində məlumat verib.
“Layihə İl-de-Frans, Overn-Rona-Alpı, O-de-Frans, Provens-Alpı-Côt-d'Azur və Fransanın çoxsaylı şəhərləri tərəfindən maliyyələşdirilir.
Avqustun 30-da günorta saatlarında Laçın yoluna çatacaq bu karvanı Ann İdalqo, Ksavye Bertran, Bruno Retayo, Janna Barseqyan, habelə Patrik Karam və Mişel Rubirola şəxsən müşayiət etmək qərarına gəliblər”, - o bildirib.
Papazyan Fransa və Avropa hakimiyyət orqanlarından zəruri məhsulları olan 10 yük maşınının Azərbaycan sərhəd-keçid məntəqəsindən keçib, təyinat yerinə çatması üçün xüsusi diplomatik vasitələrdən istifadə etməyi xahiş edib.
- “Azercell”in “Kitab Klubu” mütaliə həvəskarlarını bir araya gətirdi
- Qarabağa getmək istəyənlərin nəzərinə!
- Prezident fərman imzaladı
- COP29 vaxtı restoran və gözəllik salonları bağlanacaq? - Rəsmi
- Taleh Qaraşovu öldürmək istəyən şəxs ifadədən imtina etdi
- Toy karvanında avtoşluq edib, yayanlar 500 manat cərimələndi
- Ölkədə bu hadisələr 80% azalıb – Hərbi prokuror
- Heydər Əliyev prospektindəki zəncirvari qəzanın - Videosu