Oğuzda ağır qəza: Cinayət işi açıldı

21:28 - 25 Avqust 2023 - GÜNDƏM

 Oğuzda ağır qəza: Cinayət işi açıldı

Avqustun 25-də saat 16 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində Rəvan Osmanovun idarə etdiyi “Opel” markalı avtomobil ilə İntiqam Nəbiyevin sürdüyü “VAZ-2107” nəqliyyat vasitəsi toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan BUTA.TV-a verilən məlumata görə, qəza nəticəsində sonuncu nəqliyyat vasitəsindəki sərnişin, 1961-ci il təvəllüdlü Tofiq Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol