“Vaqner” rəhbəri Yevgeni Priqojinin sağ ola biləcəyini istisna etmirəm.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
“Onun öldüyünə dair çoxlu sübutlar var. Ancaq mən həmişə bunun gizli əməliyyat ola biləcəyinə dair bir neçə ehtimal buraxıram. Hamı onun ölümünü gözləyirdi, mən isə onun həyata keçirdiyi üsyandan sonra onun ləğvinin sadəcə zaman məsələsi olduğunu demişdim”, - Jdanov bildirib.
Ekspertin fikrincə, bu hadisə Rusiyada geri dönüşü olmayan prosesləri başlada bilər:
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
“Bu, “Priqojinin üsyanı”nın növbəti mərhələsidir. Proses Rusiya üçün ölümcül olacaq. Üsyan özü göstərdi ki, Putin tam gücə malik deyil. O, güc tətbiq etmək və ölkəni idarə etmək hüququ monopoliyasını itirib. Putin gücün ayağının altından sürüşdüyünü hiss edir”.
Jdanovun sözlərinə görə, bu təyyarə qəzası həm də Rusiya Müdafiə Nazirliyi və FTX arasında münaqişənin üst səviyyəyə çıxdığını göstərdi:
“Bu, artıq pərdəarxası döyüş yox, açıq mübarizədir. Bunun geniş siyasi nəticələri olacaq”.
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək
- Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı