BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatının Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində başa çatan toplantısında əsas qərarlardan biri təşkilata yeni üzvlərin qəbulu məsələsi idi. Yeni üzvlərin qəbulu qapalı toplantıda müzakirə edilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində qeyd edilib.
“30 dövlət təşkilata üzv olmaq istəyir. Bunlardan 22 dövlət (Əlcəzair, Argentina, Banqladeş, Bəhreyn, Belarus, Boliviya, Venesuella, Vyetnam, Honduras, Misir, İndoneziya, İran, Qazaxıstan, Kuba, Küveyt, Nigeriya, Birləşmiş Ərəb Əmirlikləri, Fələstin, Səudiyyə Ərəbistanı, Seneqal, Tayland və Efiopiya) üzvlüklə bağlı təşkilata rəsmi müraciət göndəriblər. Hansı dövlətlərin birinci növbədə təşkilata üzv olacağı müəyyənləşdirilməlidir”, - analizdə bildirilib.
Qeyd olunub ki, Rusiya və Çin təşkilata yeni üzvlərin qəbulunu dəstəkləyirlər:
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
“Rusiya gələn il təşkilata sədrlik edəcək. Rusiya Prezidenti Vladimir Putin həmin toplantıda yeni üzvlərin qəbulunu rəsmiləşdirmək istəyir. Çin lideri Si Szinpin də eyni mövqedədir. Hindistan bir qədər fərqli mövqedədir. Dehli şübhələnir ki, Çin təşkilata yeni üzvlər qəbul etməklə tərəfdaşlarının sayını artırmağa çalışır. Dehli üzvlüyə qəbulun kriteriyalarının müəyyənləşdirilməsinin tərəfdarıdır. Braziliya da bu məsələdə Hindistanla eyni mövqedən çıxış edir. Çin təşkilata ilk növbədə İndoneziya ilə Səudiyyə Ərəbistanının qəbuluna çalışır. Hər iki dövlət son illərdə Çinlə sıx əməkdaşlıq edir. “ Faynənşl Tayms” qəzetində yayımlanan məqalədə Pekinin yeni üzvlər vasitəsilə Qərbin Çinə qarşı siyasətini zəiflətmək məqsədi güddüyü yazılıb. Moskva və Pekin BRİKS-i G7-yə alternativ təşkilata çevirmək istəyirlər. Aydındır ki, yaxın bir ildə BRİKS təşkilatının üzvlərinin sayı artacaq. Nəticədə BRİKS-in adı da dəyişəcək.
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək
- Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı