Avqustun 23-ü axşam saatlarında Rusiyanın Tver vilayətində göyərtəsində vaqnerçilərin komandiri Dmitri Utkin və şəxsən Yevgeni Priqojin də daxil olmaqla, 10 nəfərin olduğu təyyarə qəzaya uğradı.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı siyasi ekspert İlya Kusa qeyd edib.
“Aydın idi ki, o, üsyandan belə rahat xilas olmayacaq. Nəticə budur. Onunla birlikdə üsyanda birbaşa iştirak edənlərin hamısı həmin təyyarədə idi. Onlar Putini zəif göstərdilər, onun tək adam imicini darmadağın etdilər. Sonra gözlənilən cavab gəldi”, - ekspert bildirib.
Kusanın fikrincə, bir təşkilat olaraq “Vaqner” bundan sonra zəifləyə bilər:
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
“Ancaq Rusiyanın xarici siyasətinin aləti kimi yox. İndi “Vaqner”ə nəzarəti ələ keçirmək daha asan olacaq. Artıq iki aydır ki, Kreml buna hazırlaşırdı. Ola bilsin ki, Priqojin də aradan götürülüb, çünki artıq ona ehtiyac yox idi. Bəlkə də o, yenə hansısa demarş hazırlayıb, kim bilir”.
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək
- Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı