Bakının Suraxanı rayonunda ailə-məişət zəminində münaqişə zamanı iki nəfər bıçaqlanıb.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.
Belə ki, Qum adası ərazisində 1982-ci il təvəllüdlü Kazımova Aynurə Zəkəriyyə qızı yaşadığı evdə 1989-cu il təvəllüdlü Hüseynov Ramil Rauf oğlu ilə görüş təşkil edib. Həmin vaxt evə gələn A.Kazımovanın oğlu əvvəlcə R.Hüseynovun döş qəfəsinə bıçaq zərbəsi vurub. Daha sonra anasının sağrı nahiyyəsinə bıçaq xəsarəti yetirib.
Hadisəni törədən şəxs 103 zəng mərkəzinə məlumat verdikdən sonra polis bölməsinə gedib. Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
R.Hüseynovun vəziyyəti ağır kimi qiymətləndirilir.
- Şahrux Xandan azərbaycanlılara jest - Video
- İğdır-Naxçıvan kəmərinin tikintisi tamamlanmaq üzrədir
- Xaçmaz İH Nadir Xudiyevlə 1,3 milyona anlaşdı
- Urmiya gölü yenidən qurumağa başladı
- Azərbaycan-Türkiyə qardaşlığı zirvələri fəth edəcək - MM sədri
- Azərbaycanla ticarət dövriyyəsi 15 milyarda çatdırılır - Səfir
- BOS-un ərazisi bu tarixdən tam istifadəyə veriləcək
- Azərbaycanda mineral suların kadastrı hazırlanır