Şirvanda evdən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə BUTA.TV-a DIN-dən məlumat verilib.
Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) şəhər ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən gecə saatlarında 200 manat pul və 3400 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.
Şöbə əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən şəhər sakini, bir müddət əvvəl də törətdiyi oğurluğa görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Ehtibar Həsənov saxlanılıb.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
İlkin dindirilmə zamanı E.Həsənov törətdiyi cinayəti etiraf edib. Qanunsuz yolla əldə etdiyi pul və qızıl-zinət əşyaları maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək
- Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı