Rusiya vasitəçi ölkə olduğu üçün hər hansısa sənəd hazırlaya bilər. Həmin sənədin Azərbaycan tərəfindən qəbul edilib-edilməməsi isə başqa bir məsələdir. Orada yer alan təkliflər isə sual doğurur.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistan mediasında yayımlanan Rusiyanın Qarabağla bağlı təkliflərinin əks olunduğu “Lavrov planı” adlı sənədə münasibət bildirərkən deyib.
O, hesab edir ki, həmin sənəddə yer alan bəzi təkliflər sual doğurur.
F.Şəfiyev hesab edir ki, vasitəçilər həm də bu işlə məşğul olmalıdırlar:
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
“Keçmiş ATƏT-in Minsk qrupunun da belə bir sənədi vardı. Burada heç bir problem görmürəm. Konkret təkliflərə gəldikdə, Azərbaycan hökuməti bir neçə dəfə qeyd edib ki, Azərbaycan Konstitusiyası çərçivəsində erməni əhalinin hüquqları təmin olunacaq. Yəni “Lavrov planı”ndakı bəzi məsələlər onsuz da Azərbaycan Konstitusiyasında əks olunub. Məsələn, Azərbaycandan onsuz da gürcü və rus dilli məktəblər fəaliyyət göstərir, bu təhsil ocaqları Azərbaycanın dövlət büdcəsindən dəstəklənir. Bəzi təkliflər isə sual doğurur. Bu təkliflərə hələ ki rəsmi bir reaksiya yoxdur”.
Fərid Şəfiyev Azərbaycanın reinteqrasiya ilə bağlı müəyyən planlarının olduğunu da diqqətə çatdırıb:
“Bizdən hərdən soruşurlar ki, reinteqrasiyanı niyə elan etmirsiniz? Axı ermənilər dialoqa razılaşmırlar. İlkin olaraq bununla bağlı addımlar olacaq, ondan sonra Azərbaycan nəyi təklif etdiyini elan edə bilər”.
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək
- Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı