Bir neçə erməni Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan ofisinin önündə aksiya keçirir.
BUTA.TV erməni mediasına istinadla xəbər verir ki, onlar 14 avqustda İrəvan-Gümrü yolunda 11 nəfərin ölümü ilə nəticələnən qəzada ölənlərdən biri – Helen Dadayanın Qarabağa gətirilməsini və burada basdırılmasını istəyirlər.
Bildirilib ki, Qırmızı Xaç Komitəsi Bakıya meyiti gətirmək üçün icazə verməyi xahiş edib, ancaq indiyə qədər cavab ala bilməyib.
Dadayanın Xocavənd rayonunda anadan olduğu bildirilir.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
“Dadayanın meyitini kimlər məhz Xocavənddə basdırmaq istəyir və səbəb nədir” sualına aydınlıq gətirilmir. BQXK-nin Ermənistan ofisi qarşısında aksiya keçirənlərin də kimlər olduğu bildirilmir. Aksiyanı yalnız Dadayanın doğmaları keçirə bilər. Əgər doğmaları İrəvanda aksiya keçirirsə, demək, bütün ailəsi Ermənistandadır. Bəs, belə halda onun meyitini niyə Xocavəndə gətirməyə çalışırlar?
Digər tərəfdən, qəzadan artıq 5 günə yaxın vaxt keçib – qəza avqustun 13-dən 14-nə keçən gecə baş varib. İndiyə qədər meyiti niyə basdırmadıqları sualı da açıqdır.
Belə görünür ki, ermənilər artıq ölənləri də alətə çeviriblər: maşın vuranın “acından öldüyü”, Ermənistanda qəzada ölənin “basdırmağa Azərbaycanın imkan vermədiyi” təbliğatını aparırlar.
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək
- Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı