Azərbaycanda səyyar qril satışı ümumiyyətlə qadağandır.
BUTA.TV xəbər verir ki, bunu Bizim.media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəsmisi İlkin Kərimov bildirib.
Onun sözlərinə görə, küçə ticarəti birmənali olaraq AQTA-nın səlahiyyətləri xaricindədir:
“Nazirlər Kabinetinin 94 nömrəli qərarında küçədə hansı ərzaq məhsullarının və qeyri-qida məhsullarının satıla biləcəyi göstərilib. Qeyd olunur ki, məsələn, dondurma, alkoqolsuz içkilər, istehsalçı tərəfindən qablaşdırılmış çörək, bulka, qənnadı məmulatları və meyvə-tərəvəz istisnadır, yəni onlar səyyar formada satıla bilər. Digər malların satışı qanunla qadağandır və belə olan halda qril satışına icazə yoxdur. Yəni bu, qanunsuz haldır. Bu hallarla da müvafiq orqanlar mübarizə aparmalıdır”.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
Bəs səyyar qril satıcılarını hansı cəza gözləyir?
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə inzibati cərimə nəzərdə tutulub.
Eyni zamanda, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanının 5.53-cü maddəsinə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə inzibati icraata Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları baxır.
Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə səksən manat məbləğində cərimə tətbiq edilir.
- Milyarder klub sahibini şəxsi görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək