Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxtın Səbail rayonu, Akademik Zərifə Əliyeva küçəsində avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı avtomobil sahiblərinə müraciət edib.
Bu barədə BUTA.TV-a İdarənin baş inspektoru,polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, Azadlıq prospektindən (Hökumət evinin yanı) Bülbül prospekti ilə kəsişməsinə qədər (Hökumət evinin yaxınlığında) küçəyə yeni asfalt örtüyünün döşənməsi ilə əlaqədar “Sahil” metrostansiyası), küçənin bu hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq: “Asfalt salınması işləri həftənin sonuna kimi davam edəcək, daha sonra burada yeni lyuklar quraşdırılacaq. Bütün işlərin bazar ertəsi, avqustun 21-dək başa çatdırılması planlaşdırılır. Sürücülər Üzeyir Hacıbəyli küçəsi ilə - Rəşid Behbudov küçəsi ilə kəsişməni keçərək düz irəlidə, Sahil metrosunun yanından Zərifə Əliyeva küçəsinə və daha sonra Azneft dairəsinə gedən yoldan istifadə etməlidirlər”.
“Sürücülərdən avtomobil idarə edərkən bunu nəzərə almaları və alternativ yollardan istifadə etmələri tövsiyə olunur”, - DYP rəsmisi vurğulayıb.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
- Milyarder klub sahibini şəxsi görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək