Ruslar fasiləsiz olaraq ehtiyat qüvvələrini Kleşiyevkaya göndərirlər. Onlar artıq Luqansk vilayətindən, Kupyansk-Liman əməliyyat istiqamətindən alayları da ora göndərməyə başlayıblar.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
“Bu, Priqojinin irsidir. O, elə bir siyasi-ideoloji büt yaratmışdı ki, guya Baxmut Rusiyanın Ukraynada qazandığı ən böyük qələbədir. İndi bu şəhəri də vermək istəmirlər, ona görə də Andreyevka-Kleşiyevka-Kurdyumovka xəttini hər vasitə ilə əllərində saxlamağa cəhd edirlər. Düşmən başa düşür ki, əgər biz bu istiqamətdə cəbhəni yarsaq, Baxmut da daxil olmaqla Soledara kimi irəliləyəcəyik. Bu, Kreml üçün ağlasığmaz məğlubiyyət olacaq. Ona görə də, onlar böyük itkilərə gedirlər ki, buradan geri çəkilməsinlər”, - Jdanov bildirib.
- Milyarder klub sahibini şəxsi görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək