Ermənistanı BMT-yə müraciət etməyə vadar edən qəyyumlarıdır. Onların başında Fransa ilə yanaşı, Rusiyanın və ABŞ-ın müəyyən dairələri dayanır.
Bu sözləri BUTA.TV-a tanınmış politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, erməni diasporundan, eləcə də qəyyumlarından dəstək alan Ermənistan Azərbaycana güc nümayiş etdirir:
“Son zamanlar Hindistan və Fransadan alınan silahlar Ermənistanı hərbiləşdirməklə yanaşı, ölkənin siyasi liderlərinin ritorikasına da ciddi təsir göstərib. Onlar Azərbaycanla əvvəlki ritorikadan imtina edərək, hədələyici, təhdidedici tonda danışırlar. Bu məsələdə Nikol Paşinyanın da rolu az deyil.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
Ermənistanı BMT Təhlükəsizlik Şurasına müraciət etməyə də bir növ Fransa təhrik edib. Bundan əvvəl də Fransa belə bir fikrə düşmüşdü, amma cəhdləri uğursuz oldu. İndi yenidən Laçın keçid məntəqəsini “humanitar fəlakət”, “soyqırım” kimi qiymətləndirir, BMT-ni Azərbaycana qarşı sanksiyalar qəbul etməyə və digər məcburedici hərəkətlərə əl atmağa çağırır”.
Ermənistanın bu istiqamətdə uğur qazanmaq üçün ciddi təbliğat apardığını deyən politoloq bildirib ki, BMT-də Azərbaycanın mövqeyini dəstəkləyəcək ölkələr də az deyil:
“Biz BMT TŞ-də Böyük Britaniyanın Azərbaycana dəstək verəcəyini gözləyirik. Britaniya qətnamənin qəbuluna imkan verməməlidir. Həmçinin, qeyri-daimi üzvlərin - BƏƏ, Mali və Qoşulmama Hərəkatının üzvlərinin - bu məsələdə Azərbaycanın mövqeyinə yaxın mövqe nümayiş etdirəcəkləri gözləniləndir. BMT-də ermənilərin uğur qazanacağı real görünmür. Lakin bu istiqamətdə ciddi təbliğat işləri aparırlar. Qarabağda ermənilərin yaşadığı ərazilərlə bağlı müxtəlif uydurmalar yayaraq, beynəlxalq ictimaiyyətə sırımağa çalışırlar. Azərbaycan buna qarşı ciddi mübarizə tədbirləri görür. Öz dostları və siyasi tərəfdaşları ilə bu istiqamətdə izahedici işlər aparır və güman edirik ki, bu, müsbət nəticəsini verəcək”.
Qeyd edək ki, Ermənistanın tələbi ilə Qarabağdakı humanitar vəziyyəti müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının iclası avqustun 16-da çərşənbə günü Bakı vaxtı ilə 23:00 keçiriləcək.
- Milyarder klub sahibini şəxsi görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək