İran Rusiyada keçirilən “Armiya-2023” Beynəlxalq Hərbi-Texniki Forumunda müxtəlif növ pilotsuz uçuş aparatları, eləcə də elektron döyüş və radiokəşfiyyat vasitələrini təqdim edib.
BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Xüsusilə İran “Araş”, “Əbabil-5”, “Karrar” PUA-larını, eləcə də 200 km-ə qədər məsafədə təyyarə tipli dronları aşkar edən “Hunter-2” elektron döyüş sistemini nümayiş etdirib.
“O, təkcə müəyyən etmir, həm də hər cür məhvetmə sistemləri ilə birlikdə işləyir. Burada təqdim olunan sistemlərin hər biri döyüş istifadəsində zəngin təcrübəyə malikdir. İran Rusiya ilə müdafiə sahəsində əməkdaşlığa açıqdır”, - həmsöhbətlər bildiriblər.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
Sərgidə həmçinin İranın istehsal etdiyi ilk elektron dron olan “Şahin” də təqdim olunur. Qurğu beş elektron mühərriklə təchiz edilib və iki-üç saat ərzində hərəkətdə ola bilir, maksimal uçuş hündürlüyü təxminən 4 km-dir.
İran həmçinin GB125 idarə olunan bombalar, Yasin döyüş təlim təyyarəsi, qayıqlar və gəmi əleyhinə SM-300 qanadlı raket sistemi nümayiş etdirib.
Forum avqustun 14-dən 20-dək Alabino poliqonunda və Kubinka aerodromunda keçirilir. Burada 7 ölkədən 85 xarici şirkət və təşkilat iştirak etməyi planlaşdırır.
- Milyarder klub sahibini şəxsi görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək