“Meta”nın həmtəsisçisi Mark Zukerberq amerikalı milyarder və sahibkar İlon Maskın döyüşmək niyyətinin ciddiliyini şübhə altına alıb.
BUTA.TV xəbər verir ki, bu barədə Zukerberq Threads şəbəkəsində yazıb.
Biznesmen döyüşün "Ultimate Fighting Championship" tərəfindən deyil, Mask və Zukerberq fondları tərəfindən təşkil ediləcəyini də vurğulayıb:
"Düşünürəm ki, biz hamımız razılaşa bilərik ki, İlon ciddi deyil və artıq davam etmək vaxtıdır. Mən ona real görüş təklif etdim. Dana Uayt (UFC rəhbəri-red.) döyüşün təşkilini öz üzərinə götürməyə hazır olduğunu bildirib, ondan əldə olunan gəlir xeyriyyəçiliyə sərf olunacaq. İlon tarixi təsdiq etmədi, sonra əməliyyata ehtiyacı olduğunu söylədi və indi mənim həyətimdə məşq turu istəyir. Elon nə vaxtsa real tarix haqqında ciddi danışsa, mənimlə necə əlaqə saxlayacağını bilir. Əks təqdirdə, onu geridə qoyacağıq. Bu mövzuda ciddi olanlarla rəqabət aparmağa diqqət yetirəcəyəm".
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
- Milyarder klub sahibini şəxsi görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək