Qərbi Afrika İqtisadi Birliyinin ölkə rəhbərləri Nigerdə mümkün qədər tez hərbi əməliyyata başlamaq barədə razılığa gəliblər.
BUTA.TV xəbər verir ki, bunu Fil Dişi Sahili Respublikasının prezidenti Alassan Uattara Abucadan qayıtdıqdan sonra məlumat verib.
Uattara qeyd edib ki, əməliyyatın mümkün qədər tez başlaması üçün dövlət başçılarının razılığı var.
Xatırladaq ki, Nigerdə üsyan iyulun 26-da başlayıb, hərbçilər ölkədə komendant saatı tətbiq edərək konstitusiyanın fəaliyyətini dayandırıblar. Onlar, həmçinin partiyaların işini qadağan ediblər. Hərbçilər Vətənin Müdafiəsi üzrə Milli Şuranın yaradıldığını elan ediblər və iyulun 28-də general Abdurahman Çiani Nigerin yeni lideri elan olunub.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
- Milyarder klub sahibini şəxsi görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək