Rəqibin vurduğu hər iki qol zamanı sanki yuxuladıq.
BUTA.TV xəbər verir ki, bunu Finlandiyanın HİK komandasının baş məşqçisi Toni Korkeakunnas Bakıda "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.
55 yaşlı mütəxəssis məğlubiyyətə görə qarışıq hisslər keçirdiyini bildirib:
"Matça ehtiyatlı başladıq və ilk dəqiqələrdə passiv idik. Lakin vəziyyəti olduqca tez düzəldə bildik. Xüsusilə ikinci hissədə oyuna yaxşı daxil olduq. Vaxt keçdikcə cəsarətimiz artdı və rəqibin təzyiqini qıra bildik. Daha yaxşı nəticə qazana bilərdik. Sadəcə, sonadək dözə bilmədik. "Qarabağ" kimi komandalar isə ani diqqətsizlikdən çox yaxşı istifadə edirlər".
O, cavab matçı üçün ümidli danışıb: "Bugünkü oyunumuz mənə gördüyümüz işləri davam etdirə biləcəyimizə daha çox inam verdi. İddiamız artır və hər dəfə bunun əlamətləri daha çox görünür. Oyunumuz istədiyimiz səviyyəyə çatmağa başlayır. Hələ heç nə həll olunmayıb".
Qeyd edək ki, komandalar arasında ikinci oyun avqustun 17-də Helsinkidə olacaq.
- Əlverişsiz hava ilə bağlı sürücülərə xəbərdarlıq
- Bakıda 2 gün intensiv yağış yağacaq – Xəbərdarlıq
- Psixoloqdan estetik əməliyyat istəyənlərə çağırış
- Nəcibə Nəsibova vəzifədən azad edildi - Foto
- DİM nəticələri elan etdi: 1 nəfər maksimal bal topladı
- 19 aprel imtahanlarının nəticələri - Cəmi bir nəfər 300 bal yığdı
- Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü - Video
- “Telefonunuzu verməsəniz, silah çıxaracaqlar” - Video