Son günlər Qərb ölkələrində Azərbaycan əleyhinə açıqlama və məqalələrin sayı artıb.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Bu məqalələrə fikir verməmək olar, Qarabağın tamamını nəzarətə götürmək məsələsində hələ ki, bizə əngəl yaradacaq ciddi amil yoxdur. Buna baxmayaraq, Ermənistan hökuməti ilə Qarabağ separatçıları və erməni lobbisi ilə həmfikir olanların öz ölkələrində Azərbaycan əleyhinə ictimai rəy formalaşdırmasına da seyrçi qalmaq mümkün deyil”, - politoloq bildirib.
Elxan Şahinoğlunun sözlərinə görə, səfirlərimiz indiki həssas dövrdə fəallıqlarını artırmalıdırlar:
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
“Prezidentin köməkçisi Hikmət Hacıyev az qala hər gün Qərbdə kiminsə açıqlamasına və məqaləsinə cavab vermək məcburiyyətindədir. Ancaq bu yalnız Hikmət Hacıyevin işi olmamalıdır, səfirlərimiz indiki həssas dövrdə fəallıqlarını artırmalıdırlar, çalışdıqları ölkələrin ictimai rəyinə təsir edən yazarlarıyla görüşməli, fikir mübadiləsi aparmalı və haqlı mövqeyimizi onlara izah etməlidirlər. Bundan da nəticə çıxmayacaqsa, özləri məqalə hazırlayıb müxtəlif nəşrlərdə və saytlarda yayımlanmasına nail olmalıdırlar”.
- Milyarder klub sahibini şəxsi görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək