Xəbər verdiyimiz kimi, Milli İstihbarat Təşkilatı Türkiyədə fəaliyyət göstərən yerli və xarici casuslara qarşı uğurlu əməliyyatlar həyata keçirib. İŞİD üzvlərindən ibarət təxminən 10 min nəfərlik heyət deşifrə edilib. İran kəşfiyyatına casusluq etməkdə şübhəli bilinərək saxlanıldığı deyilənlər arasında azərbaycanlı Seymur Rzayevin də var.
BUTA.TV xəbər verir ki, sosial şəbəkədə video-müraciət yayan S.Rzayev yazılanların həqiqət olmadığını deyib. O, casus olmadığını və saxlanılmadığını bildirib:
“Mən heç vaxt Azərbaycan xalqına xəyanət etməmişəm, etmərəm də. Biznes fəaliyyəti ilə məşğul olan adamam. Mənim adımı çəkib, şəkillərimi yayanlar qanun qarşısında cavab verəcəklər”.
O vurğulayıb ki, hazırda bu məsələ araşdırılır. Onun adını siyahıya kimlərin saldığı yaxın vaxtlarda bəlli olacaq.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək