Böyük Britaniyanın böyük ölçülü dələduzluqla mübarizə bürosu (SFO) Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya məxsus 3 elit əmlakı müsadirə edib.
BUTA.TV xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı yazıb.
Məlumata görə, müsadirə olunan iki mənzil Londonun Belqraviya rayonunda, bir mülk isə Surrey qraflığında yerləşir. Əmlakların ümumi dəyəri 20 milyon funt-sterlinq təşkil edir. SFO-nun hesabatına əsasən, əmlakları Gülnarə Kərimova və onun ailəsi Özbəkistanda korrupsiya əməlləri nəticəsində əldə edib.
“Kərimova 2004-2012-ci illər arasında telekommunikasiya şirkətlərindən Özbəkistan bazarına çıxmalarına kömək etmək müqabilində yüz milyonlarla dollar rüşvət alıb”, - hesabatda qeyd olunub.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
SFO 2018-ci ilin oktyabrında mənzillər və mülkün müsadirə olunması ilə bağlı məhkəməyə müraciət etmişdi. Britaniya Ali Məhkəməsi avqustun 8-də qurumun idiasını təmin edib.
Qeyd edək ki, Gülnarə Kərimova 2015-ci ilin avqustunda hədə-qorxu ilə tələb etmə və vergidən yayınmada təqsirli bilinib. 2017-ci il dekabrın 18-də isə başqa bir iş üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan məhkəmə yeni cinayət işi üzrə onun həbs müddətini 13 il 4 aya qədər artırıb.
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək