Rusiya və Çin Alyaska yaxınlığında birgə dəniz təlimləri keçirib və bu, Amerikanın narahatlığına səbəb olub.
BUTA.TV xəbər verir ki, bu barədə "Foks Nyus" məlumat yayıb.
“Bu, Rusiya və Çin arasında böyük və miqyasda görünməmiş birgə hərbi dəniz əməliyyatıdır. İstər mənim kimi Alyaskada, istərsə də ABŞ-ın şərq sahilində yaşayan olsun, sərhədimizə yaxın bu cür hərəkətlər narahatlıq doğurur”, - senator Den Sallivan vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, Moskva və Pekinin birgə əməliyyatı 11 gəmidən ibarət olub və Alyaskanın cənub-qərb sahilləri yaxınlığında baş tutub. ABŞ Hərbi Dəniz Qüvvələri Rusiya və Çin gəmilərini ABŞ sularından uzaqlaşdırmaq üçün dörd esmines yerləşdirərək dərhal cavab verib.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək