Ukrayna ordusu cəbhənin ən azı üç sektorunda aparılan hərbi əməliyyatlar zamanı bəzi bölgələrdə irəliləyib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Ötən gün Ukrayna hərbçiləri Berdyansk və Melitopol istiqamətlərində əks-hücum əməliyyatlarını davam etdirib. Bundan əlavə, Ukrayna rəsmiləri bildiriblər ki, onların qoşunları Baxmut istiqamətində hücumlarını davam etdirir. Ukrayna ordusu Melitopol istiqamətində Rusiya müdafiəsinin 650 metr dərinliyə qədər irəliləyib. Rusiyanın hərbi müxbirləri də Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətinin qərbindəki Nikolaevskoye rayonunda irəlilədiyini etiraf ediblər”, - məlumatda deyilib.
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək