Krımın yenidən Ukraynaya inteqrasiyası Donbasla müqayisədə daha asan olacaq. Çünki döyüşlərə görə ukraynayönlü əhalinin əksəriyyəti regionu tərk etməyə məcbur olub.
BUTA.TV xəbər verir ki, bu barədə Ukraynanın M.V.Ptuxi adına Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun direktoru, akademik Ella Libanova deyib.
“Mən əminəm ki, Krım və Donbas fərqlidir. Bizim üçün Krımda prosesin öhdəsindən gəlmək daha asandır. Əgər Rusiya hərbçiləri oradan çıxarılsa, ukraynayönlü insanların böyük bir hissəsi orada qalacaq. Çünki Krım ilhaq olunanda orada müharibə olmayıb və bir çox insan oranı tərk etməyib. Həmçinin, orada ukraynayönlü Krım tatarları var”, - Libanova bildirib.
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək