Bu gün Azərbaycan Ordusunun 3 avqust 2022-ci il tarixində həyata keçirdiyi “Qisas” anti-terror əməliyyatından 1 il ötür.
BUTA.TV xəbər verir ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 2022-ci ilin avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusu mövqelərini intensiv atəşə tutması nəticəsində müddətli həqiqi hərbi qulluqçu əsgər Anar Rüstəm oğlu Kazımov aldığı güllə yarasından şəhid olub. Bundan dərhal sonra Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənə sarsıdıcı zərbələr endirilərək şəhidimizin qisası layiqincə alınıb.
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək