Naxçıvan Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
BUTA.TV xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Pencalı Yaqub oğlu Hüseynov və Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Səfər Siyafər oğlu Əhmədov vəzifəsindən azad ediliblər.
Bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı sərəncam imzalayıb. İcra hakimiyyəti başçısının digər sərəncamı ilə Əhməd Zöhrab oğlu Vəliyev Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
- Dünya Çempionatı ilə bağlı - Xəbərdarlıq
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto