Türkiyə Silahlı Qüvvələri Suriyada beynəlxalq qanunlar çərçivəsində yerləşib və bu ölkədə terror dəhlizinin fəaliyyət göstərməsinə əngəl olmaqla məşğuldur. Terrora dəstək verən bəzi qüvvələr isə görünür, bundan narahatdır.
Bu sözləri BUTA.TV-a ehtiyatda olan türkiyəli polkovnik Ünal Atabəy İran XİN başçısının Türkiyənin Suriyadakı qoşunlarını çıxarması ilə bağlı çağırışına münasibət bildirərkən deyib.
“Türkiyə qoşunları Suriyadakı PKK/YPG terror təşkilatının hücumlarının qarşısını almaq üçün oradadır. Ankara hər zaman Suriyanın ərazi bütövlüyünə və suverenliyinə hörmət edib. Astana görüşündə də bu mövzunu gündəmə gətirib.
Türkiyə ordusunun Suriyadan çıxması bu ölkənin terrorla mübarizə məsələsində Ankaraya təminat verməsinə bağlıdır. Türkiyənin oradan çıxması iki ölkənin qarşılıqlı əldə edəcəyi razılaşma əsasında ola bilər”, - Atabəy bildirib.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
Hərbi ekspertin sözlərinə görə, İranın bu məsələlərdə öz marağı var və Türkiyənin Suriyadakı varlığından ehtiyat edir:
“İran milislərinin PKK ilə işbirliyi qurmasına dair məlumatlarımız var. Türkiyənin PKK-ya qarşı apardığı antiterror əməliyatlarından İranın milis gücləri çox narahatdır. Çünki İranın Suriyada dəstəklədiyi hərbi güclər PKK-a ilə işbirliyi quraraq buradakı varlıqlarını davam etdirirlər.
Suriya və Türkiyə arasında münasibətlər normallaşarsa, PKK-ya qarşı birlikdə əməliyyat aparacaqlar. İrana bağlı qruplar da bu əməliyyatın olacağını gözləyirlər və dolayısı ilə bundan narahatdırlar. Birgə əməliyyatdan zərər görəcəklərini düşünürlər. Ona görə də vaxt itirmədən Türkiyənin Suriya torpaqlardan getməsini istəyirlər”.
Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian suriyalı həmkarı Feysəl Mikdadla Tehranda apardığı danışıqlardan sonra keçirilən mətbuat konfransında Türkiyəni qoşunlarını Suriyadan çıxarmağa çağırıb.
- Dünya Çempionatı ilə bağlı - Xəbərdarlıq
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto