Prezident İlham Əliyev “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 942-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 31 avqust tarixli 115 nömrəli, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 143-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 10 mart tarixli 831 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
BUTA.TV fərmanın mətnini təqdim edir:
1. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli 115 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 623; 2007, № 6, maddə 601; 2010, № 3, maddə 180; 2014, № 9, maddə 1027; 2016, № 6, maddə 1056; 2017, № 3, maddə 353, № 8, maddə 1521, № 11, maddə 1999; 2022, № 12, maddə 1440) 3.6-cı bəndinin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və 3.7-ci, 3.8-ci bəndləri ləğv edilsin.
2. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 143-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 831 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 452) 3-cü hissəsi ləğv edilsin.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 942-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:
4.1.“Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 13-3.7-ci maddəsinə uyğun olaraq, informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələbləri altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.2. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 942-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
- Dünya Çempionatı ilə bağlı - Xəbərdarlıq
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto