İyulun 27-də saat 19 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisindən “Priora” markalı bir avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, Bakı ŞBPİ-nin Dövlət Yol Polisi İdarəsi və Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şamaxı rayon sakini olan yeniyetmə Səbail rayonu ərazisində avtomobillə saxlanılıb.
Araşdırma aparılır.
- Şahrux Xandan azərbaycanlılara jest - Video
- İğdır-Naxçıvan kəmərinin tikintisi tamamlanmaq üzrədir
- Xaçmaz İH Nadir Xudiyevlə 1,3 milyona anlaşdı
- Urmiya gölü yenidən qurumağa başladı
- Azərbaycan-Türkiyə qardaşlığı zirvələri fəth edəcək - MM sədri
- Azərbaycanla ticarət dövriyyəsi 15 milyarda çatdırılır - Səfir
- BOS-un ərazisi bu tarixdən tam istifadəyə veriləcək
- Azərbaycanda mineral suların kadastrı hazırlanır