Qərb ölkələrinin istənilən beynəlxalq münaqişədə müstəsna olaraq öz maraqlarından çıxış etməsinə baxmayaraq, Rusiya Ukrayna ətrafında vəziyyəti sülh yolu ilə həll etmək yollarını axtarmağa hazırdır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda Afrika liderləri ilə görüşündə bildirib.
"Sudanda vəziyyəti bərbad vəziyyətə saldıqlarını unutdular? Suriyada etdiklərini unutdular? BMT Nizamnaməsinə heç bir əhəmiyyət vermirlər, beynəlxalq hüququ yalnız o zaman xatırlayırlar ki, bu alətlərdən kiməsə, indiki halda, Rusiyaya qarşı istifadə oluna bilər. Onlar uğur qazana bilməyəcəklər, bu, çox primitivdir. Əgər həqiqətən də kiminsə BMT Nizamnaməsinə və digər beynəlxalq hüquq aktlarına əməl etməsini istəyirlərsə, qoy bu normaları özləri yerinə yetirmək üçün əziyyət çəksinlər. Lakin bu, o demək deyil ki, biz heç bir münaqişənin sülh yolu ilə həllini istəmirik və buna çalışmırıq”, - Putin deyib.
Putin Afrika dövlətlərinin başçılarına müraciətində qeyd edib:
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
“Sizin yanaşmanız, ideyalarınız – bütün bunlar Ukrayna ətrafında vəziyyəti həll etmək üçün fevralda Çinin təqdim etdiyi sülh planının müddəaları ilə üst-üstə düşür”.
- Dünya Çempionatı ilə bağlı - Xəbərdarlıq
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto