Rusiya sərt cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Taqanroqun zenit raketindən atəşə tutulması və Moskva vilayətinə PUA hücumu ilə bağlı şərhində deyib.
“İyulun 28-də Kiyev rejimi S-200 hava hücumundan müdafiə sisteminin zərbə versiyasına çevrilmiş zenit raketi ilə Taqanroq şəhərinin yaşayış infrastrukturunu atəşə tutaraq növbəti terror aktı həyata keçirdi.
Həmçinin, bu gün Moskva vilayəti ərazisində hava hücumundan müdafiə vasitəsi ilə pilotsuz uçuş aparatının zərərsizləşdirildiyi ərazidə terror aktına cəhd edilib. Tələfat və dağıntı yoxdur.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
Biz Kiyev rejiminin dinc əhaliyə və dinc infrastruktura qarşı yönəlmiş son həyasız terror aktlarını qətiyyətlə pisləyirik. Onların heç bir hərbi mənası yox idi.
Biz beynəlxalq ictimaiyyəti və təşkilatları Ukrayna hakimiyyətinin terror üsullarından istifadəsini pisləməyə çağırırıq”, - Zaxarova qeyd edib.
Xatırladaq ki, Toqonroqa endirilən zərbə nəticəsində 12 nəfər ölüb.
- Dünya Çempionatı ilə bağlı - Xəbərdarlıq
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto