Təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.
Ağcabədi Rayon Prokurorluğundan BUTA.TV-a verilən məlumata görə, Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər uşaq incəsənət məktəbində yol verilən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı həmin məktəbin direktoru vəzifəsində işləmiş Sevda Malışova tərəfindən 2018-2021-ci illər ərzində tədris planlarında nəzərdə tutulandan artıq həcmdə dərs saatlarının tarifləşdirilməsi, əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla dövlət büdcəsinə ümumilikdə 131 min manat maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
Hazırda iş üzrə istintaq davam edir.
- Dünya Çempionatı ilə bağlı - Xəbərdarlıq
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto