Fransanın Azərbaycandakı səfiri Ann Buayon AB diplomatiyasının rəhbəri Jozep Borrellin Bakının guya Qarabağda “böhran” yaratmasını əks etdirən fikirlərini paylaşıb.
BUTA.TV xəbər verir ki, fransalı səfir bu paylaşımı ilə Borrellin fikrinə şərik olduğunu ortaya qoyub.
“Azərbaycan hakimiyyətinin borcudur ki, Laçın dəhlizi boyunca təhlükəsizliyi və hərəkət azadlığını tezliklə təmin etsin və böhranın daha da genişlənməsinə imkan verməsin”, - Buayon yazıb.
Qeyd edək ki, Borrellin “humanitra böhran” iddiasına Azərbaycan XİN-i rəsmi şəkildə cavab verib.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
Xatırladaq ki, Azərbaycan İrəvanın təxribatlarının qarşısını almaq məqsədilə “Laçın” sərhəd buraxılış məntəqəsini humanitar və tibbi yardımlar istisna olmaqla, digər daşınmalar üçün bağlayıb. Bakı bir neçə dəfə Ağdam-Xankəndi yolu ilə Qarabağdakı ermənilərə ərzaq daşınmasını təklif etsə də, separatçılar bundan imtina ediblər.
- Dünya Çempionatı ilə bağlı - Xəbərdarlıq
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto