İrəvanın Laçın postunun qarşısında sərgilədiyi “humanitar yardım” şousu nəticə verə bilərmi?
Bu sualın cavabı ermənilər üçün ürəkaçan deyil. Çünki:
- Nəticəyə təsir edəcək beynəlxalq reaksiya yalnız Azərbaycanın Laçın postunu bağlayaraq, heç bir alternativ imkan yaratmadığı halda olardı: rəsmi Bakı alternativ yol – Ağdam-Xankəndi marşrutunu təklif edir və məsələ həqiqətən dedikləri kimi ərzaq problemidirsə, bunun həll yolu var;
- Qarabağ Azərbaycan ərazisidir və bu, müharibəyə qədər beynəlxalq müstəvidə kağız üzərində əksini tapırdısa, müharibədən sonra bütün güc mərkəzləri reallığı qəbul ediblər, yaxud buna məcbur olublar.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
Bu iki amil Ermənistanın “humanitar yardım” şousunun nəticə verəcəyi ehtimalını sıfırlayır. İrəvan ermənilərin “humanitar fəlakət”indən bəhs edəndə Ağdamdan istifadə etmək alternativi ilə üzləşir, ermənilərin bunu istəmədiyini deyəndə “Qarabağ Azərbaycan ərazisidir” cavabını alır.
Baş verənlərin təfsilatını Prezidentin köməkçisi Hikmət Hacıyev bir kəlmə ilə verib: Oyun bitdi!
- Dünya Çempionatı ilə bağlı - Xəbərdarlıq
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto