Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsi ərazisindən qanunsuz qarışıq süxur daşındığı müəyyən edilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən BUTA.TV-a verilən məlumata görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qarışıq süxurun 16-T-103 dövlət nömrə nişanlı ekskvator ilə qazılaraq, "Ford" markalı 20-AD-806 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə ərazidən daşındığı məlum olub.
“Faktla bağlı akt tərtib olunub. Nəqliyyat vasitələrinin sürücülərinin kimliyini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilib”.
B.Məhəmmədovun sözlərinə görə, keçirilən nəzarət tədbirləri zamanı Qax rayonu ərazisindən keçən Kürmük çayının sahilindən İngiloy Kötüklü kənd sakini Rooma Berikaşvilinin idarə etdiyi ekskavatorla qum-çınqıl daşındığı müəyyən olunub. Faktla bağlı akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
- Dünya Çempionatı ilə bağlı - Xəbərdarlıq
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto