Bu ilin yanvar-iyun aylarında Heydər Əliyev Beynəlxalq Aeroportunun ümumi sərnişin dövriyyəsi 1,5 dəfə artaraq 2 milyon 464 min nəfərdən çox həddə çatıb.
Bu barədə BUTA.TV-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib
Məlumata görə, ötən ilin eyni dövründə bu göstərici 1 milyon 634 min nəfər təşkil edib.
Daşınan sərnişinlərin 49,82 %-i beynəlxalq aviadaşıyıcıların payına düşüb. Hesabat dövründə xarici aviaşirkətlər 1 milyon 236 mindən çox sərnişin daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34 % artım deməkdir. Bakı aeroportundan sərnişin daşımalarının qalan hissəsini isə "Azərbaycan Hava Yolları" QSC (AZAL) həyata keçirib. Bu dövrdə AZAL 1 milyon 227 min nəfərdən çox sərnişinə xidmət göstərib.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
Aeroportdan ən çox sərnişin Bakıdan Naxçıvana və əks istiqamətdə daşınıb. Qeyd olunan dövr ərzində bu göstərici 300 min nəfərdən çox olub. Daşınan sərnişinlərin sayına görə digər pillələrdə ardıcıl olaraq İstanbul, Tbilisi, Moskva və Dubay qərarlaşıb.
Altı ayda 57 xarici aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlar həyata keçirib. Ən çox sərnişini “Turkish Airlines”, “Utair”, “Aeroflot”, “FlyDubai” və “WizzAir” aviaşirkətləri daşıyıb.
- Səhnədə ölən dostunun qızını qucaqlayıb ağladı - Video
- Dünya Çempionatı ilə bağlı - Xəbərdarlıq
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı