İRNA Xəbər Agentliyinin baş direktoru Əli Nadiri Azərbaycana 4 günlük səfəri çərçivəsində Azərtac-ın baş direktoru Vüqar Əliyevlə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Bildirilib ki, görüşdə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də iştirak edib.
Görüşdə bəlli olub ki, İRNA Azərbaycan bölməsinin fəaliyyətə başlaması barədə qərar verib. İRNA-nın yazdığına görə, V.Əliyev bu qərarı alqışlayıb və bildirib ki, bu addım ikitərəfli əlaqələrin genişləndirilməsi üçün stimul ola bilər.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
“İran və Azərbaycan arasında yaxşı münasibətlərin düşmənləri var” deyən İRNA-nın rəhbəri isə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən “faciəli basqından” (terror hadisəsi adlandırmayıb – red.) təəssüfləndiyini və bunun münasibətlərə təsir etdiyini bildirib.
Qeyd edək ki, İRNA-nın Azərbaycan bölməsinin fəaliyyətə başlaması barədə indiyə qədər heç bir məlumat yayılmayıb. Yalnız bu gün “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda sual verən İRNA müxbiri özünü “İRNA-Azəri” əməkdaşı kimi təqdim edib. Bu isə əlbəttə ki, birmənalı qarşılana bilməz. Niyə “İRNA-Azərbaycan” deyil, “İRNA-Azəri”?
Digər tərəfdən, sosial şəbəkələrdə “İRNA-Azərbaycan”ın mərkəzi Şuşada yerləşən azərbaycandilli sayt açmaq niyyəti haqda da məlumat yayılıb.
Qəribədir ki, Azərtac-da görüş, bu barədə müzakirələr və ümumiyyətlə, İRNA-nın nə etmək istədiyi haqda məlumat yoxdur.
- Səhnədə ölən dostunun qızını qucaqlayıb ağladı - Video
- Dünya Çempionatı ilə bağlı - Xəbərdarlıq
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı