Afrika ölkələri ilə əlaqələrimiz sürətlə inkişaf edir. Bir müddət əvvəl Afrika İttifaqında səfirliyimiz də açılmışdır.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.
“Bununla yanaşı, biz Qoşulmama Hərəkatı çərçivəsində Afrika ölkələri ilə sıx əlaqədəyik. Mən artıq bunu qeyd etmişəm, COVİD dövründə bizim göstərdiyimiz humanitar yardımın bir hissəsi Afrika qitəsinə də istiqamətləndirilmişdir”, - deyən dövlətimizin başçısı bu günə qədər siyasi müstəvidə olduğu kimi, iqtisadi-ticari sahədə də Afrika ölkələri ilə əlaqələrin o qədər də yüksək səviyyədə olmadığını vurğulayıb.
“Bunun yəqin ki, təbii səbəbləri var və hesab edirəm ki, təmaslar daha sıx olduqca, bu istiqamətdə də imkanlar dəyərləndiriləcək. Hər halda biz buna maraqlıyıq”, - Prezident diqqətə çatdırıb.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
- Səhnədə ölən dostunun qızını qucaqlayıb ağladı - Video
- Dünya Çempionatı ilə bağlı - Xəbərdarlıq
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı