Rusiyalı aparıcı Olqa Skabeyeva canlı yayımda politoloq Sergey Markovu ələ salıb.
BUTA.TV xəbər verir ki, Markov Putinin Cənubi Afrika Respublikasında keçiriləcək BRİKS sammitinə getməkdən imtina etməsini ona qarşı sui-qəsdlə əlaqələndirib.
Politoloqun fikrincə, ABŞ Cənubi Afrika Respublikasının vitse-prezidentini də öz “cinayətinə” şərik qoşub və Putinə qarşı sui-qəsd hazırlayıb:
“BRİKS haqqında çox qısa deyəcəyəm: Putin getmədi, çünki amerikalıların və ingilislərin onu vurması təhlükəsi var. Qərb Cənubi Afrika Prezidentinə tabe olmayan vitse-prezidenti də öz cinayət işinə cəlb edib. Onun Cənubi Afrika Prezidenti ilə münaqişəsi var və ona görə o, belə bir fikrə gəlib. Sonra bütün bunlar üzə çıxıb...”
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
Aparıcı Skabeyeva Markovun bu yanaşmasını gülərək qarşılayıb və onun sözünü kəsərək efirə reklam fasiləsi verib:
“Bu bir sui-qəsd nəzəriyyəsi idi. Reklam”.
Markov isə əsəbləşərək bunun təmiz həqiqət olduğunu qeyd edib. Skabeyeva yenidən Markovun sözünü kəsərək efirə reklam tələb edib.
- Zəngilana və Şükürbəyli kəndinə növbəti köç yola salındı
- Hərbi Hava Qüvvələrinin polkovniki vəfat etdi
- Səhnədə ölən dostunun qızını qucaqlayıb ağladı - Video
- Dünya Çempionatı ilə bağlı - Xəbərdarlıq
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?