Rusiya taxıl sazişindən çıxdıqdan sonra Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı üçün yeganə variant quru dəhlizi olaraq qalır.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi deyib.
“Ukrayna taxılının quru yolu ilə ixracı dənizlə müqayisədə daha az effektiv olacaq, lakin ABŞ yük gəmilərinin hərbi gəmilərlə müşayiət olunması variantını nəzərdən keçirmir. Mövcud olan yeganə variant məhsulları quru, dəmir yolu, yük maşını ilə daşımaqdır. Təbii ki, indi Ukraynada hər şey qurudan daşınır. Daha çətin, daha az səmərəlidir”, - o bildirib.
- Azərbaycandan Ermənistana 14 vaqon buğda göndərilir
- Azərbaycanda polkovnik vəfat etdi - Foto
- Zəngilana və Şükürbəyli kəndinə növbəti köç yola salındı
- Hərbi Hava Qüvvələrinin polkovniki vəfat etdi
- Səhnədə ölən dostunun qızını qucaqlayıb ağladı - Video
- Dünya Çempionatı ilə bağlı - Xəbərdarlıq
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib