Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar bəzi yollarda zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
“Bununla bağlı sürət tablolarında dəyişiklik edilib. Belə ki, Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Bilgəh yolunda bütün zolaqlar üzrə hərəkət sürəti aşağı salınıb. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, - məlumatda qeyd olunub.
- 14 yaşlı yeniyetmə faciəvi şəkildə öldü - Foto
- Bu şəxslərə hər ay 1000 manat mükafat veriləcək
- Mənzil almaq istəyənlərin nəzərinə: Şərtlər...
- Azərbaycandan Ermənistana 14 vaqon buğda göndərilir
- Azərbaycanda polkovnik vəfat etdi - Foto
- Zəngilana və Şükürbəyli kəndinə növbəti köç yola salındı
- Hərbi Hava Qüvvələrinin polkovniki vəfat etdi
- Səhnədə ölən dostunun qızını qucaqlayıb ağladı - Video