Avropa özünü elə aparır ki, sanki Rusiyanın hücumuna qarşı çıxmaq üçün heç bir yol yoxdur və hərbi dəstək üçün ABŞ-a müraciət etməyə davam edir.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın Müdafiə Prioritetlərinin Böyük Strategiya proqramının direktoru Rajan Menon "Nyu York Tayms" nəşrindəki məqaləsində bildirib.
Ekspert qeyd edib ki, hətta NATO-nun sonuncu Vilnüs sammitində də müttəfiqlər hərbi xərclərini artırmaq barədə razılığa gəliblər, lakin bu rəqəmin nə qədər olması barədə hələ də onlar arasında fikir ayrılıqları var. Eyni zamanda, oxşar vədlər Avropa dövlətləri tərəfindən on il əvvəl verilmişdi və o vaxtdan bəri vəziyyət dəyişməyib.
"Avropa ölkələri 2014-cü ildə NATO-nun müəyyən etdiyi tələblərə heç də həmişə əməl etmirlər: illik hərbi xərclər Alyansa üzv ölkələr üçün ÜDM-nin 2%-ni təşkil etməli, hərbi büdcənin 20%-i isə yeni texnikanın alınmasına, tədqiqat və inkişafa yönəldilməlidir. Bununla belə, 2016-2022-ci illər arasında ABŞ da daxil olmaqla, yalnız 10 ölkə 2%-lik hədəfə çatıb", - o qeyd edib.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
- Metro gücləndirilmiş rejimə keçir: İnterval belə olacaq
- “Hamı istəyir ki, metro evinin yanında olsun” - Metropoliten sədri - Video
- Nazir ona vəzifə verdi - Foto
- Bazar günündən metro yeni qrafikdə işləyəcək
- 14 yaşlı yeniyetmə faciəvi şəkildə öldü - Foto
- Bu şəxslərə hər ay 1000 manat mükafat veriləcək
- Mənzil almaq istəyənlərin nəzərinə: Şərtlər...
- Azərbaycandan Ermənistana 14 vaqon buğda göndərilir