Əliyev və Paşinyanın gündəliyi bəlli olan Brüssel görüşündən gözləntilər böyük olmasa da, İrəvanın qarşısında yeni tələblərin qoyula biləcəyi də istisna deyil. Bu, sülh sazişi üzrə niyyət protokolunun, yaxud bəyannamənin imzalanması ola bilər.
Kiçik ehtimaldır, lakin müəyyən məqamlar diqqəti bu gözləntiyə çəkir:
- Prezident İlham Əliyev görüşdən öncə bəyan etdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sözdə tanıyıb, lakin bu, kağız üzərinə də keçməlidir;
- İndiyə qədər tərəflərin imzaladığı yeganə sənəd Rusiyanın vasitəçiliyi ilə baş tutub, hərçənd, son illər Qərb vasitəçilikdə daha aktualdır, xüsusilə Brüssel formatı artıq ənənəyə çevrilib: Avropa Birliyi artıq prosesin rəsmi formada sənədləşməsini istəyə bilər, bu həm konkret nəticələrin əldə edilməsi, həm də Rusiyaya qarşı alternativ platformanın gücləndirilməsi baxımından lazımlıdır.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
Əliyevin üçtərəfli danışıqlardan öncə Brüsselə səfəri və Şarl Mişellə 3 saat davam edən görüşü də bu kontekstdə diqqət çəkir. Üçtərəfli danışıqların yeni mərhələyə daşınması üzərində müzakirələr aparıldığı ehtimalı istisna deyil.
Ermənistanın razılaşmayacağı aydındır, Xankəndidə separatçıların təşkil etdiyi mitinq də buna hesablanıb. Paşinyan “Bakı-Xankəndi formatı”, “beynəlxalq mexanizm” kimi məsələlər üzərində dayanacaq, Laçın postunun açılmasında israr edəcək. Xankəndidəki aksiya ona “ermənilər reinteqrasiya etmək istəmir”, “Laçın postunun açılması tələbi var” demək imkanı yaradır. Bu baxımdan, aksiyanın Ermənistan hakimiyyətinin sifarişi olduğunu deyə bilərik və gün ərzində bu fikri gücləndirən məqamlar da ortaya çıxdı.
1. Separatçıların mitinqində sülhməramlılar, BQXK ittiham edilsə də, Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Nikol Paşinyanın əleyhinə heç nə deyilmədi;
2. Mitinqdə əsas fikirlər Laçın postunun açılması, yüklərin keçidinə icazənin verilməsi oldu;
3. Eyni tələblə BQXK-nın İrəvandakı ofisinin önündə də aksiya təşkil edildi və iştirakçılar müxalifət yox, “ictimi fəallar” idi.
Aydın görünür ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sözdə tanısa da, bunun kağız üzərində rəsmiləşməsinə qarşıdır. Bu situasiya regiona hərbi gərginlik vəd edir.
- Metro gücləndirilmiş rejimə keçir: İnterval belə olacaq
- “Hamı istəyir ki, metro evinin yanında olsun” - Metropoliten sədri - Video
- Nazir ona vəzifə verdi - Foto
- Bazar günündən metro yeni qrafikdə işləyəcək
- 14 yaşlı yeniyetmə faciəvi şəkildə öldü - Foto
- Bu şəxslərə hər ay 1000 manat mükafat veriləcək
- Mənzil almaq istəyənlərin nəzərinə: Şərtlər...
- Azərbaycandan Ermənistana 14 vaqon buğda göndərilir