Cəlilabadda qanunsuz kömür istehsalı və ətraf mühitin tullantılarla zibillənməsi faktları aşkarlanıb.
DİN-in Mətbuat Xidmətindən BUTA.TV-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının ekoloji mühitin qorunması və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 14-də keçirdikləri tədbirlər zamanı rayonun İncilli kəndi ərazisində qanunsuz kömür istehsalı faktı aşkar olunub.
Həmin faktla bağlı Cəlilabad RPŞ-də qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib.
Bundan əlavə, şöbə əməkdaşlarının sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Cəlilabad şəhəri ərazisində keçirdikləri tədbirlər zamanı isə məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
Ərazinin zibillənməsi halları ilə bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokollar tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
- Metro gücləndirilmiş rejimə keçir: İnterval belə olacaq
- “Hamı istəyir ki, metro evinin yanında olsun” - Metropoliten sədri - Video
- Nazir ona vəzifə verdi - Foto
- Bazar günündən metro yeni qrafikdə işləyəcək
- 14 yaşlı yeniyetmə faciəvi şəkildə öldü - Foto
- Bu şəxslərə hər ay 1000 manat mükafat veriləcək
- Mənzil almaq istəyənlərin nəzərinə: Şərtlər...
- Azərbaycandan Ermənistana 14 vaqon buğda göndərilir