G7 ölkələri Ukraynaya təhlükəsizlik və iqtisadiyyat sahəsində planlaşdırdıqları uzunmüddətli dəstəyin sabit edildiyi birgə bəyannaməni razılaşdırıblar.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.
“Müdafiə sahəsində çox güclü razılaşmalarımız və G7 ölkələri tərəfindən razılaşdırılan Ukraynaya birgə dəstək haqqında bəyannaməmiz var. O, dövlətimiz üçün təhlükəsizlik təminatları ilə bağlı Ukrayna və ayrı-ayrı qarant ölkələr arasında təhlükəsizlik üzrə ikitərəfli razılaşmalar sisteminin qurulması yolunda mühüm addımdır”, - Yermak qeyd edib.
Onun sözlərinə görə, bəyannamə həm Ukraynanın ehtiyaclarını, həm də tərəfdaşların imkanlarını nəzərə alan birgə məhsuldur.
Bəyannamə çərçivə sənədidir. Növbəti addım isə Ukrayna və ayrı-ayrı qarant ölkələr arasında təhlükəsizlik üzrə çoxtərəfli qarşılıqlı fəaliyyət çərçivələri ilə birləşdirilən ikitərəfli razılaşmalar sisteminin qurulmasıdır.
- “Speys" radiosunun rəhbəri də işdən çıxarıldı
- Azərbaycanda kirayə qiymətləri 7%-dən çox artıb
- “Space FM”in rəhbəri də işdən çıxarıldı
- WUF13-la bağlı 75 briqada və 35 təcili yardım maşını ayrıldı
- “Toy özlüyündə Azərbaycan mədəniyyətinə rəqib deyil” - Video
- AZAL Dubaya reysləri bərpa edir
- Sabiq deputatın şirkəti buna görə 3.6 milyon qazanacaq
- İctimai nəqliyyatda ilk: Üztanıma ilə ödəniş... - Video