Şahdağdan, Gədəbəydən, Naxçıvandan gəldiyi iddia edilən sular əslində filtrlənib bizə təqdim olunur. Əgər su, üzərində yazıldığı kimi, uzaq məsafədən gəlsəydi, qiyməti bu qədər ucuz olmazdı.
Bu fikirləri BUTA.TV-a açıqlamasında Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, su məsələləri üzrə ekspert Rövşən Abbasov Bakıda satılan içməlu suyun keyfiyyəti haqda danışarkən deyib.
Ekspert bildirib ki, mineral suyun tərkibində minerallar olduğu üçün dadı olmalıdır:
“Təbii suda isə minerallar olmur. Adi sular təmizlənmiş su hesab olunur. Vətəndaşlar üçün tövsiyə olunan su rəngi, iyi və dadı olmayan, bioloji oksigen səviyyəsi normal, pH səviyyəsi 6-8 arasında dəyişən sulardır. Bu sular içiləndə insan sağlamlığına heç bir ziyan vurmur”.
R.Abbasov qeyd edib ki, ”Bonaqua” suyu haradansa gətirdiyini iddia etmir:
“Üzərində “filtrdən keçmiş su” yazısı var və suyu filtrdən keçirib satdığını təsdiqləyir. Buna görə də mən “Bonaqua” suyuna üstünlük verirəm. Şirkətlərə də tövsiyə edərdim ki, həqiqəti yazsınlar, alıcını aldatmasınlar”.
- “Speys" radiosunun rəhbəri də işdən çıxarıldı
- Azərbaycanda kirayə qiymətləri 7%-dən çox artıb
- “Space FM”in rəhbəri də işdən çıxarıldı
- WUF13-la bağlı 75 briqada və 35 təcili yardım maşını ayrıldı
- “Toy özlüyündə Azərbaycan mədəniyyətinə rəqib deyil” - Video
- AZAL Dubaya reysləri bərpa edir
- Sabiq deputatın şirkəti buna görə 3.6 milyon qazanacaq
- İctimai nəqliyyatda ilk: Üztanıma ilə ödəniş... - Video