İranın paytaxtı Tehran şəhərinin böyük bir hissəsi və əhalinin sıx yaşadığı bölgəsində qırılma xətti fəallaşıb.
BUTA.TV xəbər verir ki, bu sözləri Beynəlxalq Zəlzələ Tədqiqatı İnstitutunda Zəlzələlərin Proqnozlaşdırılması Mərkəzinin rəhbəri Mehdi Zare deyib.
O, iyulun 10-da Tehranın şərqində 3,6 bal gücündə zəlzələnin baş verməsini həmin qırılma xəttinin fəallaşması ilə əlaqələndirib:
“Bu aktivlik Tehranın əhalinin ən çox məskunlaşdığı bölgələrindən birinə təsir edib”.
Qeyd edək ki, bundan əvvəl Tehranın qırılma xəttinin üstündə yerləşdiyi, on minlərlə dözümsüz binanın olduğu, zəlzələ baş verəcəyi təqdirdə milyonlarla insanın həyatına son qoyulacağı barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, Tehranın əhalisi sayı 13 milyon civarındadır.
- Azərbaycanda kirayə qiymətləri 7%-dən çox artıb
- “Space FM”in rəhbəri də işdən çıxarıldı
- WUF13-la bağlı 75 briqada və 35 təcili yardım maşını ayrıldı
- “Toy özlüyündə Azərbaycan mədəniyyətinə rəqib deyil” - Video
- AZAL Dubaya reysləri bərpa edir
- Sabiq deputatın şirkəti buna görə 3.6 milyon qazanacaq
- İctimai nəqliyyatda ilk: Üztanıma ilə ödəniş... - Video
- Direktoru işdən çıxardı, yeni vəzifə verdi - Foto