İranın Ümumi və İnqilab Prokurorluğu "Şərq" qəzetinin baş redaktoru Mehdi Rəhmaniyana qarşı cinayət işi açıb.
BUTA.TV xəbər verir ki, bu barədə Tehranın Baş prokuroru Əli Salehi məlumat verib.
O, baş redaktorun qadınlarla bağlı həqiqətə uyğun olmayan materialların qəzetdə nəşrinə icazə verdiyinə görə ittiham edildiyini bildirib.
Qeyd edək ki, bir neçə gün öncə “Şərq” qəzetində yeni biznes növü olaraq qız uşaqlarının oğurlanaraq saçlarının kəsilib satıldığı, İranda qadınların öldürülmə hallarının artdığı barədə xəbər yayılıb.
- “Speys" radiosunun rəhbəri də işdən çıxarıldı
- Azərbaycanda kirayə qiymətləri 7%-dən çox artıb
- “Space FM”in rəhbəri də işdən çıxarıldı
- WUF13-la bağlı 75 briqada və 35 təcili yardım maşını ayrıldı
- “Toy özlüyündə Azərbaycan mədəniyyətinə rəqib deyil” - Video
- AZAL Dubaya reysləri bərpa edir
- Sabiq deputatın şirkəti buna görə 3.6 milyon qazanacaq
- İctimai nəqliyyatda ilk: Üztanıma ilə ödəniş... - Video