Rusiya Krımı müdafiə etməyə hazırlaşır. İndi orada fəal şəkildə istehkamlar tikilir.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Krımdakı daimi nümayəndəsinin müavini Denis Çistikov bildirib.
"Hazırda Krım ərazisində artmaqda olan istehkamların sayı onu deməyə əsas verir ki, onlar böyük itkilər verirlər və itkilərin əvəzini çıxara biləcəklərinə əmin deyillər. Ona görə də istehkamlar hesabına Ukrayna Silahlı Qüvvələrinin hücumunu dayandırmaq istəyirlər", - Çistikov vurğulayıb.
O əlavə edib ki, 2022-ci ilin fevralına olan məlumata görə, Krımda 32 minə yaxın Rusiya hərbçisi var:
"İndi biz bilirik ki, Krım Rusiya hərbçilərinin Ukraynanın cənubuna - Zaporojye və Xerson vilayətlərinə göndərilməsi üçün logistika mərkəzidir. Ona görə də hərbçilərin sayı daim dəyişir. Krım həm də yaralı rus hərbçilərin müalicəsi üçün istifadə olunur".
- “Speys" radiosunun rəhbəri də işdən çıxarıldı
- Azərbaycanda kirayə qiymətləri 7%-dən çox artıb
- “Space FM”in rəhbəri də işdən çıxarıldı
- WUF13-la bağlı 75 briqada və 35 təcili yardım maşını ayrıldı
- “Toy özlüyündə Azərbaycan mədəniyyətinə rəqib deyil” - Video
- AZAL Dubaya reysləri bərpa edir
- Sabiq deputatın şirkəti buna görə 3.6 milyon qazanacaq
- İctimai nəqliyyatda ilk: Üztanıma ilə ödəniş... - Video