Azərbaycanda gün ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BUTA.TV-a verilən məlumata görə, son sutkada infeksiyaya 3 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 1 nəfər sağalıb, 2 nəfər isə dünyasını dəyişib.
İndiyədək ölkədə ümumilikdə 831 965 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 666 nəfər müalicə olunaraq sağalıb, hazırda 12 aktiv xəstə var. Bu günə qədər 10 287 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 756, bu günə qədər isə ümumilikdə 7 652 018 test icra olunub.
- “Speys" radiosunun rəhbəri də işdən çıxarıldı
- Azərbaycanda kirayə qiymətləri 7%-dən çox artıb
- “Space FM”in rəhbəri də işdən çıxarıldı
- WUF13-la bağlı 75 briqada və 35 təcili yardım maşını ayrıldı
- “Toy özlüyündə Azərbaycan mədəniyyətinə rəqib deyil” - Video
- AZAL Dubaya reysləri bərpa edir
- Sabiq deputatın şirkəti buna görə 3.6 milyon qazanacaq
- İctimai nəqliyyatda ilk: Üztanıma ilə ödəniş... - Video